Ana Sayfa > Karusel / Siyasət > Qərbi Azərbaycan İcması Şarl Mişelə cavab verib

Qərbi Azərbaycan İcması Şarl Mişelə cavab verib


13-12-2023, 11:46. Yazar: Admin

Qərbi Azərbaycan İcması Şarl Mişelə cavab verib

Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin “Azadlıq” radiosunda 2023-cü ilin dekabrın 12-də yayımlanmış müsahibədə etnik və dini əsasda ayrı-seçkiliyə yol verməsi ilə bağlı bəyanat yayıb.

Qarabaginfo.az xəbər verir ki, bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib.

“Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən, şəxsən Şarl Mişelə dəfələrlə müraciətlər edib. Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb.

Avropa İttifaqının bu cür ayrı-seçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir.

Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrı-seçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır”, - bəyanatda vurğulanıb.


Geri dön