Ana Sayfa > Karusel / Gündəm > Şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yayan hərbçilər üçün inzibati cəza müəyyənləşir
Şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yayan hərbçilər üçün inzibati cəza müəyyənləşir12-12-2023, 15:30. Yazar: Admin |
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir. Qarabaguinfo.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə edilib parlamentin plenar iclasa tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -614-1 maddəsində əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Qeyd: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına yuxarıdakı maddənin qüvvəsi şamil edilmir. Yuxarıda göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Geri dön |