Ana Sayfa > Karusel / Təhsil > Nazir: Qızılcaya yoluxmada azalma var, distant təhsillə bağlı gözlənti yoxdur

Nazir: Qızılcaya yoluxmada azalma var, distant təhsillə bağlı gözlənti yoxdur


12-12-2023, 13:44. Yazar: Admin

Emin Əmrullayev təhsili şam yeməyi ilə müqayisə etdi

 

 

Görünən mənzərə odur ki, qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, proses nəzarətdədir: "Hazırda baş verənlərin təkrarlanmaması üçün valideynlər öz övladlarını vaxtında, düzgün qaydada peyvənd etdirməlidirlər. Hazırda ümumilikdə təhsil sisteminin distanta keçirilməsi və qapanma olması ilə bağlı gözlənti yoxdur. Amma ayrı-ayrı məktəblərdə və ya siniflərdə yoluxmalar artarsa, lokal qapanma ola bilər".


Geri dön