Ana Sayfa > Karusel / Qarabağ > Azad edilən ərazilərdə nə qədər heyvan saxlanılır?
Azad edilən ərazilərdə nə qədər heyvan saxlanılır?12-12-2023, 12:08. Yazar: Admin |
Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışla bağlı Dövlət Proqramını təsdiq edib.
Proqramın əhatə etdiyi sahələrdən biri də heyvandarlıqdır. Proqramda dayanıqlı məskunlaşma üçün heyvandarlıq təsərrüfatının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərin təhlükəsiz zonalarına köçürülməsi, yay və qış otlaqlarından səmərəli istifadə planlarının hazırlanması və müvafiq rayonların ərazilərinə heyvanların dislokasiya edilməsi kimi fəaliyyətlər nəzərdə tutulub.
Hökumət azad edilən ərazilərdə heyvandarlığın inkişafı üçün heyvanların alışının güzəştli şərtlərlə maliyyələşdirilməsi kimi işlər həyata keçirir.
Bəs işğaldan azad edilən ərazilərdə heyvanların sayı nə qədərdir?
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci ildə azad edilən ərazilədə ən çox heyvan Kəlbəcərdə saxlanılıb.
Azad edilən ərazilər üzrə heyvanların sayı 2022-ci ilin sonunda aşağıdakı kimi olub:
Şuşa rayonu: İribuynuzlu mal-qaranın sayı 4844 baş, inək və camışların sayı 2383 baş, qoyun və keçilərin sayı 35093 baş; Füzuli rayonu: İribuynuzlu mal-qaranın sayı 38350 baş, inək və camışların sayı 16289 baş, qoyun və keçilərin sayı 150202 baş; Ağdam rayonu: İribuynuzlu mal-qaranın sayı 46475 baş, inək və camışların sayı 20707 baş, qoyun və keçilərin sayı 107274 baş; Xocavənd rayonu: İribuynuzlu mal-qaranın sayı 2095 baş, inək və camışların sayı 1091 baş və qoyun və keçilərin sayı 15948 baş; Xocalı rayonu: İribuynuzlu mal-qaranın sayı 2517 baş, inək və camışların sayı 1260 baş, qoyun və keçilərin sayı 5515 baş; Qubadlı rayonu: İribuynuzlu mal-qaranın sayı 1916 baş, inək və camışların sayı 975 baş, qoyun və keçilərin sayı 11960 baş; Laçın rayonu: İribuynuzlu mal-qaranın sayı 40316 baş, inək və camışların sayı 18361 baş, qoyun və keçilərin sayı 142611 baş; Cəbrayıl rayonu: İribuynuzlu mal-qaranın sayı 10888 baş, inək və camışların sayı 4270 baş, qoyun və keçilərin sayı 93668 baş; Kəlbəcər rayonu: İribuynuzlu mal-qaranın sayı 35678 baş, inək və camışların sayı 18879 baş, qoyun və keçilərin sayı 177289 baş; Zəngilan rayonu: İribuynuzlu mal-qaranın sayı 5333 baş, inək və camışların sayı 878 baş, qoyun və keçilərin sayı 14823 baş.
Geri dön |