Ana Sayfa > Karusel / İqtisadiyyat > Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri "Orta dəhliz"in rolunu artırıb
Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri "Orta dəhliz"in rolunu artırıb22-09-2020, 15:36. Yazar: Admin |
Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri “Orta dəhliz”in rolunu artırıb.Qarabaginfo.az xəbər verir ki, bunu "Avrasiya bağlantısı və COVID-19 pandemiyası dövründə Orta dəhlizin artan rolu" adlı beynəlxalq vebinarda çıxış edən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin (Bakı Limanı) baş direktorunun müavini Əkbər Kərimov deyib.Onun sözlərinə görə, bu nəqliyyat dəhlizləri beynəlxalq sulara çıxışı olmayan ölkələr arasında bağlantı təmin etməklə yanaşı, onların Avropa bazarlarına da çıxış imkanı əldə etmələrində olduqca vacib rola malikdirlər. "Dəhlizlər arasında əməkdaşlıq regionlararası ticarəti artırır. Hazırda "Orta dəhliz" Avropa və Asiya arasında ən təhlükəsiz və ən qısa yol sayılır. Bu dəhliz eyni zamanda Azərbaycan, Türkmənistan, Özbəkistan və Əfqanıstan kimi okean sularına çıxışı olmayan ölkələr üçün həqiqətən də çox vacibdir ki, onların qlobal bazarlara çıxışını təmin edir", - deyə Ə. Kərimov qeyd edib. QSC eəsmisi əlavə edib ki, bu ilin yanvar-iyun aylarında Bakı limanında yüklərin emalı toplam olaraq 2,5 mln. tona bərabər olub. Bu, ötən ilin müvafiq göstəricisindən 27% çoxdur.v APA Geri dön |