Dekabrın 11-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, yerli vaxtla saat 13:46-da qeydə alınan zəlzələnin maqnitudası 3.4-ə bərabər olub.
Zəlzələnin ocağı 47 kilometr dərinlikdə yerləşib.