Ana Sayfa > Karusel / Region > Erməni deputat separatçılara hiddətləndi: “İndi gəlib Ermənistanı bitirmək istəyirlər?”
Erməni deputat separatçılara hiddətləndi: “İndi gəlib Ermənistanı bitirmək istəyirlər?”11-12-2023, 14:09. Yazar: Admin |
Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Gevorq Papoyan bildirib ki, qondarma “Artsax”ın təslim aktına indiki hakimiyyət deyil, eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyan imza atıblar.
““Dağlıq Qarabağ”ın ordusunu dağıtdılar, silahlarını Azərbaycana verdilər, “Dağlıq Qarabağın parlamenti”ni buraxdılar, indi “sessiya” keçirmək üçün Ermənistana gəliblər? Bu, Ermənistana qarşı bombadır, bu qəbuledilməzdir”, - deyə o bildirib. Gevorq Papoyan Qarabağdan qovulanlara ağıllanbmağı tövsiyə edib. ““Dağlıq Qarabağ”la bitirdilər, indi gəlib Ermənistanı bitirmək istəyirlər? Artıq kifayətdir”, - Papoyan vurğulayıb. Geri dön |