Ana Sayfa > Karusel / Siyasət > Eldar Həsənov ev dustaqlığına buraxılmayıb
Eldar Həsənov ev dustaqlığına buraxılmayıb22-09-2020, 12:48. Yazar: Admin |
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan verilmiş apelyasiya şikayətinə baxılıb. Qarabaginfo.az xəbər verir ki,, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E. Həsənovun şikayəti təmin olunmayıb. Qeyd edək ki, bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun girov müqabilində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxılıb. Məhkəmə onun müdafiəçisinin verdiyi vəsatəti təmin etməyib. Onu da qeyd edək ki, E. Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib. Geri dön |