Ana Sayfa > Karusel / Gündəm > Onlar torpaqların itirilməsində məsuliyyət daşıyan şəxslərdir - Zahid Oruc
Onlar torpaqların itirilməsində məsuliyyət daşıyan şəxslərdir - Zahid Oruc8-12-2023, 12:42. Yazar: Admin |
“Qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 7 fevral 2024-cü ilə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin xarici müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür. Seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq 27 sentyabrda verilən qərarla eyni mənaya malikdir. Bəllidir ki, İlham Əliyevin siyasi nüfuzu nəinki ölkə daxilində, yaxud islam-türk coğrafiyasında, eləcə də dünya liderləri arasında ən güclü dövrünü yaşayır və 44 gündə prezidentin çağırışına verilən milyonlarla səs əsil ümumxalq referendumu idi. Yəni, müqəddəs müharibədə qazanılan qələbə azad, ədalətli, demokratik, legitim seçki hadisəsiydi. Zəfər seçkilərinin hansı tarixdə keçirilməsi, İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir. Müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin 1993-cü ildəki mütləq qələbəsi kimi, Vətən müharibəsindən sonra prezidentin kimliyi və seçkilərin nəticələri təqvimin ilindən və günlərindən asılı deyil”.
Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
"O üzdən ötən seçkilərdə baş verən hər hansı neqativ halın, kənar müdaxilə və pozuntuların 2024-cü ilin 7 fevralında təkrarlanması Ermənistanın özünü “demokratiya adası” kimi bizdən üstün tutmasına rəvac verən qəsd, ölkəmizdə qanlı inqilablar və xarici iradədən asılı hökumətlər formalaşdırmaq istəyənlərin xeyrinə ediləcək siyasi cinayətdir. Ərazisi və suverenliyi bütöv ölkənin prezident seçkiləri də halal və müqəddəs olmalıdır.
3 il əvvəl dünyaya nümayiş olunan milli həmrəylik və birlik 7 fevralda da minlərlə məntəqədə-siyasi səngərdə təkrarlanacaq. Biz 2 ay sonra təkcə birinci şəxsi yox, həm də millətimizin 200 illik bənzərsiz qələbəsini, Pənahəli xandan Heydər Əliyevə qədər bütün rəhbərlərin ideallarını qorumağa səs verəcəyik, əsrlərlə yaşadığımız köçkünlüyə və işğala səbəb olan şəxslərə, siyasətə “yox” deyəcəyik. İlham Əliyevin yeni seçki platforması 44 günlük Vətən müharibəsində xalq və ordu ilə birlikdə döyüş meydanlarında yazılıb”.
“Kim əksinə düşünürsə, o işğalın, məğlubiyyətin yanındadır və 26 sentyabra dönmək istəyir. 7 fevral tarixi 8 noyabr Zəfər, 20 sentyabr bütövlük gününün davamıdır və sülh müqaviləsinin imzalanmasını sürətləndirəcəkdir. Ali Baş Komandanın şəksiz nüfuzundan və Qələbəmizin misilsiz dəyərindən bəhrələnən hər kəs bilməlidir ki, əgər Azərbaycanda kimsə dövlətdən narazıdırsa, onu həmin adamlar yaradıb. Zəfər seçkiləri 2019-cu ildəki kimi hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişiklikərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısıdır”. Geri dön |