Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-da görüşü barədə razılıq yoxdur

Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-da görüşü barədə razılıq yoxdur


7-12-2023, 16:33. Yazar: Admin

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqton görüşü barədə razılıq əldə olunmayıb.

Qarabaginfo.az “Armenia Today” saytının məlumatına görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

“Belə bir məlumat yoxdur. Biz hazır olduğumuzu bildirmişik, ABŞ tərəfi də görüşün keçirilməsi istəyini bildirib. Hazırda bu istiqamətdə razılaşma və müzakirələr yoxdur”, – deyə spiker əlavə edib.

Geri dön