“Çin Ukraynada atəşkəsə və böhranın siyasi yolla həllinə çağırır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri Van Lutun deyib.
“Çinin Ukrayna məsələsində mövqeyi belədir: təcili atəşkəs və mövcud böhranı siyasi yolla həll etməyin yollarını axtarmaq”, – XİN rəsmisi biıdirib.
Van Lutun Çin və Avropa İttifaqı liderləri arasında Pekində baş tutan danışıqların 3,5 saat davam etdiyini, dərin və konstruktiv keçdiyini bildirib: “Danışıqlar səmimi, dərin və konstruktiv keçdi. Çin sədri Aİ liderləri ilə 3,5 saat danışıqlar apardı”.