Ana Sayfa > Karusel / Gündəm > İyuldakı zəlzələnin nəticəsi olaraq yeraltı təkanlar hiss edilib - Qurban Yetirmişli
İyuldakı zəlzələnin nəticəsi olaraq yeraltı təkanlar hiss edilib - Qurban Yetirmişli7-12-2023, 12:33. Yazar: Admin |
İyul ayının 4-də zəlzələ baş vermişdi. Ondan sonra qalan enerjinin nəticəsi olaraq bu gün yeraltı təkanlar hiss edildi. Qarabaqinfo.az xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələyə dair brifinqdə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Qurban Yetirmişli deyib ki, bugünkü zəlzələ 51 saniyə davam edib: "Zəlzələnin hiss olunması isə 47 saniyəyə qədər olub. Zəlzələdən sonra 6 afterşok qeydə alınıb".
RSXM sədri deyib ki, əhaliyə yaxın müddət üçün güclü zəlzələ olmayacağı bildirilirsə, bu, elmi olaraq əsaslandırılaraq deyilir. Geri dön |