Ana Sayfa > Karusel / Hadisə > Horadizdə traktor minaya düşdü - Sürücü yaralandı

Horadizdə traktor minaya düşdü - Sürücü yaralandı


7-12-2023, 12:13. Yazar: Admin

Horadizdə traktor minaya düşdü - Sürücü yaralandı

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Qarabaqinfo.az-a bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb.

 

O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Geri dön