Ana Sayfa > Karusel / Dünya > Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi


7-12-2023, 11:56. Yazar: Admin

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

 

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1120 hərbçisini itirib.

 

Qarabaqinfo.az  "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 336 230 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 18 tank, 26 zirehli döyüş maşını, 21 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Geri dön