Ana Sayfa > Karusel / Səhiyyə > TƏBİB zəlzələyə görə tapşırıqlar verdi

TƏBİB zəlzələyə görə tapşırıqlar verdi


7-12-2023, 11:29. Yazar: Admin

 

TƏBİB zəlzələyə görə tapşırıqlar verdi

Bu gün yerli vaxtla saat 08:16-da Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib.

 

TƏBİB-dən Qarabaqinfo.az-a verilən məlumata görə, zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb. 

 

Bildirilir ki, eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Geri dön