Ana Sayfa > Karusel / Dünya > ABŞ Rusiya və Belarusa yeni sanksiyalar tətbiq etdi- Siyahıda 13 fiziki, 20 hüquqi şəxs var

ABŞ Rusiya və Belarusa yeni sanksiyalar tətbiq etdi- Siyahıda 13 fiziki, 20 hüquqi şəxs var


6-12-2023, 13:28. Yazar: Admin

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiya və Belarusa qarşı sanksiya siyahılarını daha 13 fiziki və 20 hüquqi şəxsi daxil etməklə genişləndirib.

Qarabaginfo.az xəbər verir ki, məhdudiyyətlər Rusiya, Belarus, Belçika, Niderland və İsveç vətəndaşlarına tətbiq edilib.

“Qara siyahı”ya belaruslu iş adamları Aleksandr Şakutin, Pavel Topuzidis və “Aleksandr Lukaşenkonun pul kisəsi” kimi tanınan Viktor Petroviç də daxildir. Məhdudiyyətlər Belarus Qızıl Xaç Cəmiyyətinin baş katibi Dmitri Şevtsova da təsir edib. ABŞ Maliyyə Nazirliyi onu ukraynalı uşaqların Kiyevin nəzarətində olmayan ərazilərdən deportasiyasında əli olduğunu hesab edir.

Bundan başqa, siyahıya Permdən olan, İsveç vətəndaşlığı olan Sergey Skvortsovun adı daxil edilib.
ABŞ-ın sanksiyalarına məruz qalan şirkətlər arasında Rusiyanın müdafiə sənayesi ilə əlaqəli Belarus müəssisələri, həmçinin Kipr, Belçika, Niderland və Çin strukturları var.

Sanksiyalar Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını və ABŞ vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsini nəzərdə tutur.


Geri dön