Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri məlumat yayıb.
Bildirilib ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.