Ana Sayfa > Karusel / İdman > AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat aldı

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat aldı


6-12-2023, 11:56. Yazar: Admin

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

 

Qarabaqinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçular arasında təşkil olunan Çempionlar Liqasının B qrupunun üçüncü turunda keçiriləcək “Sankt-Polten” (Avstriya) – “Slaviya Praqa” (Çexiya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, qarşılaşma dekabrın 13-də oynanılacaq.


Geri dön