Ana Sayfa > Karusel / Qarabağ > Qarabağda çoxsaylı erməni kontingenti var idi - İlham Əliyev

Qarabağda çoxsaylı erməni kontingenti var idi - İlham Əliyev


6-12-2023, 10:53. Yazar: Admin

Qarabağda çoxsaylı erməni kontingenti var idi - İlham Əliyev

Biz suverenliyimizi iki il yarım bundan əvvəl bərpa edəndə gördük ki, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular.

 

Qarabaqinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumunda bildirib.

 

“Biz ümid edirdik ki, bu məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var - onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Geri dön