Ana Sayfa > Karusel / Region > “Moskva Kiyevlə danışıqlara hazırdır”- KREML

“Moskva Kiyevlə danışıqlara hazırdır”- KREML


5-12-2023, 16:28. Yazar: Admin

“Moskva Kiyevlə danışıqlara hazırdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, danışıqlar prosesi Ukrayna tərəfindən kəsilib.

Peskov bildirib ki, Rusiya bu məsələdə məqsədlərinə çatmaq üçün siyasi və diplomatik vasitələrə üstünlük verir: “Prezident Putin dəfələrlə deyib ki, bizim üçün əsas olan Ukrayna böhranı ilə bağlı məqsədlərimizə nail olmaqdır. Və təbii ki, biz bunu ilk növbədə siyasi və diplomatik yollarla etməyə üstünlük verərdik. Ona görə də biz danışıqlara hazırıq”.


Geri dön