Ana Sayfa > Karusel / Gündəm > Xankəndi İnstitutunun azərbaycanlı tələbəsi erməniləri niyə döyüb şil-küt etmişdi... - Bir tələbənin XATİRƏSİ
Xankəndi İnstitutunun azərbaycanlı tələbəsi erməniləri niyə döyüb şil-küt etmişdi... - Bir tələbənin XATİRƏSİ5-12-2023, 11:40. Yazar: Admin |
Vaxtilə Xankəndi Pedaqoji İnstitutunda ali təhsil almış Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, FHN-in istefada olan polkovniki Hikmət Xudiyev Qarabağ Universitetinin yaradılmasını alqışlayaraq, bunun son dərəcə vacib addım olduğunu vurğulayıb. O vaxtkı Mardakert rayonunun (indiki Ağdərə) Marağa kəndində Xankəndi Pedaqoji İnstitutu tələbələrinin cəlb olunduğu üzüm yığımında qızlar üçün “palatka”dan ayaqyolu düzəltmişdilər. Axşamüstü azərbaycanlı qızlar ora daxil olanda erməni tələbələr əvvəlcədən planlaşdırdıqları kimi “palatkaya” bağlanmış ipi dartaraq onu uçurtdular. Azərbaycanlı qızların qürur və ləyaqətinə toxunacaq acınacaqlı və gülünc vəziyyət yarandı. Azərbaycanlı qızlar pərt vəziyyətdə qaldılar. Ermənilər isə qəşş edib gülürdülər. Bu alçaq və əxlaqsız hərəkəti Tarix fakültəsinin tələbəsi, ağdamlı Fazil Məhərrəmov eşidən kimi ermənilərin yataq yerinə girdi. Çox keçmədi ki, “leş bir yana, baş bir yana” idi. Bütün kənd hadisə yerinə toplaşmışdı. Bu qeyrətli tələbənin - Fazilin qarşısına çıxmağa isə nə bir erməni gədəsində, nə də ordakı erməni müəllimlərində cürət vardı... ...Ara sakitləşəndə Ağdamın Mərzili kənfindən rəhmətlik müəllimimiz Şahlar Kərimov Fazilə dedi ki, “Sən kişi adamsan, bu gündən semestr imtahanlarından tutmuş, dövlət imtahanına kimi bütün qiymətlərin mənlikdi...”. Rəhmətlik Fazil əsl qeyrət və namus mücəssəməsi idi. Xankəndinin özündə də - şəhərin mərkəzində dəfələrlə erməniləri təkbaşına şil-şüküt edəndə Ağdamın adına başucalığı gətirmişdi”.
“1988-ci il mayın 16-da Xankəndi Pedaqoji İnstitutundan azərbaycanlılar qovularkən Süleyman Zeynalov başda olmaqla sinələrini qabağa verib azərbaycanlı tələbə qızların şərəf və ləyaqətini qoruyan müəllimlərimiz vardı. Təklif edirəm ki, yeni yaradılan Qarabağ Universitetinin ilk dərs günündə həmin müəllimlər böyük hörmət və sevgi ilə yad edilsin!”. Əməkdar jurnalist Xankəndi Pedaqoji İnstitutunun azərbaycanlı tələbələrinin bir fotoşəklini də təqdim edib: Geri dön |