Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub
Ana Sayfa > Karusel / Region > Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub

Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub


4-12-2023, 15:12. Yazar: Admin

 

Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub

Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün Telegram kanalında yazıb.

O, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadskinin Ukraynada həlak olduğunu bildirib.

“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub... 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına komandirlik edib”, - o yazıb.

Qusev Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib, həmçinin, əlavə edib ki, zabit öz borcuna sadiq olub və sona qədər vuruşub.


Geri dön