Ana Sayfa > Karusel / İqtisadiyyat > ING: Azərbaycanda inflyasiya daha da azalacaq

ING: Azərbaycanda inflyasiya daha da azalacaq


4-12-2023, 11:29. Yazar: Admin

ING: Azərbaycanda inflyasiya daha da azalacaq

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.

Qarabaginfo.az xəbər verir ki, ING 2023-cü ilin dördüncü rübü istehlak qiymətləri indeksinin 3,6%-dən 3,3%-ə, 2023-cü il üzrə isə 9,2%-dən 9,1%-ə enəcəyini proqnozlaşdırıb.

Korporasiya hesab edir ki, qarşıdakı iki ildə Azərbaycanda inflyasiya daha da azalacaq. Belə ki, ING 2024-cü ildə inflyasiyanın 5,0%, 2025-ci ildə isə 5,6% təşkil edəcəyini proqnozlaşdırıb.

Azərbaycan İqtisadiyyat Nazirliyi isə 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5%, 2024-cü il üçün 5,3%, 2025-ci il üçün 4,9% təşkil edəcəyini açıqlayıb.


Geri dön