Ana Sayfa > Karusel / Qarabağ > ANAMA: Anti-terror əməliyyatlarına qədər 147,988 min hektar ərazi ağır çirkləndirilmiş hesab edilirdi

ANAMA: Anti-terror əməliyyatlarına qədər 147,988 min hektar ərazi ağır çirkləndirilmiş hesab edilirdi


4-12-2023, 10:07. Yazar: Admin

Mina nədir, necə təmizlənir, Qarabağın minalardan təmizlənməsi nə qədər çəkə bilər? - BBC News Azərbaycanca

"Qarabağda 1.5 milyon mina basdırılıb"

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr idarəsinin müavini Fərid İsayev "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağda hərbi təyinatlı olmayan ərazilərdə də çoxlu minalar basdırılıb: "Qarabağda qəbiristanlıqlar, su quyuları da mina və partlamamış hərbi sursat ilə çirkləndirilib. Anti-terror əməliyyatlarına qədər Qarabağda 147, 988 min hektar ərazi ağır çirkləndirilmiş, 675,570 min hektar isə orta və az çirklənmiş hesab edilirdi".


Geri dön