Ana Sayfa > Karusel / Dünya > İtaliya iqlim dəyişikliyi ilə bağlı yaradılmış fonda 100 mln. avro verəcək
İtaliya iqlim dəyişikliyi ilə bağlı yaradılmış fonda 100 mln. avro verəcək1-12-2023, 17:49. Yazar: Admin |
İtaliya yoxsul ölkələrə iqlim dəyişikliyi səbəbilə itki və zərərin öhdəsindən gəlmək üçün yeni yaradılan fonda (BƏƏ-nin təşəbbüsü ilə yaradılmış fond - red.) 100 milyon avro (108,91 milyon dollar) verəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə İtaliya Baş naziri Giorgia Meloni Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində keçirilən müzakirədə deyib. "Biz COP28-in məqsədlərinə nail olmaq üçün 100 milyon avronu yeni yaradılmış fonda töhfə veririk", - o bildirib. İtaliya Baş naziri qeyd edib ki, dünya ərzaq təhlükəsizliyi onun xarici siyasət prioritetləri arasındadır və Roma Afrikaya səmərəli qida istehsalı sistemini inkişaf etdirməyə kömək etmək istəyir. Geri dön |