Ana Sayfa > Karusel / Dünya > “Sözünü tutmayan adamlardan soyuyur…”- Nazarbayev kitabında Putindən danışıb

“Sözünü tutmayan adamlardan soyuyur…”- Nazarbayev kitabında Putindən danışıb


1-12-2023, 17:25. Yazar: Admin

“Rusiya prezidenti Vladimir Putin sözünün üstündə durmayan insanlardan soyuyur”.

Qarabaginfo.az xəbər verir ki, bunu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev yenicə nəşr olunan “Mənim həyatım” adlı xatirələr kitabında yazıb.

“Sözünü tutmayan, öhdəliklərini yerinə yetirməyən dövlət başçılarından və digər insanlardan soyuyur”, – sabiq prezident deyir.

Onun sözlərinə görə, Rusiya liderinin özü verdiyi sözə əməl edən adamdır.

Nazarbayev qeyd edir ki, Putin Rusiyada asayişi bərpa edib, hökumətin nüfuzunu gücləndirib və onu dünya dövləti statusuna qaytarıb. Eyni zamanda Putinin hakimiyyətə gəlməsi ilə Rusiya ilə Qazaxıstan arasında münasibətlərin keyfiyyətcə yeni dövrü başlayıb: “Putinin prezidentliyinin Rusiya tarixinə xüsusi bir dövr kimi düşəcəyinə heç kim şübhə etmir. Bunu onun düşmənləri də etiraf edir”.


Geri dön