Ana Sayfa > Karusel / Dünya > İsrail HƏMAS-ın hücumunu əvvəlcədən bilirmiş, lakin...
İsrail HƏMAS-ın hücumunu əvvəlcədən bilirmiş, lakin...1-12-2023, 17:09. Yazar: Admin |
İsrail HƏMAS-ın planlarını 2022-ci ildən bilirdi, lakin real hesab etmirdi.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, HƏMAS-ın planlarına dair 40 səhifəlik sənəddə dəqiq hərəkət tarixi yoxdur, lakin İsrailin bütün istehkamları, silahlı qüvvələrin mövqeyi və gücü təsvir edilib.
İsrailli analitiklər belə bir əməliyyatın miqyasının HƏMAS-ın imkanlarından kənar olduğunu hesab edib və bunu iddialı plan adlandırıblar.
Qəzet qeyd edir ki, HƏMAS hərəkatı bu planı "təəccüblü dəqiqliklə" həyata keçirdi. Rəsmilər etiraf ediblər ki, əgər sənəd ciddi qəbul edilsəydi, İsrail oktyabrın 7-də HƏMAS yaraqlılarının sızmasına hazırlaşa və ya ondan yayına bilərdi. Geri dön |