Ana Sayfa > Karusel / Dünya > Siyasətimizi qurarkən sanksiyaları nəzərə alırıq - Peskovdan AÇIQLAMALAR
Siyasətimizi qurarkən sanksiyaları nəzərə alırıq - Peskovdan AÇIQLAMALAR1-12-2023, 14:15. Yazar: Admin |
"Rusiya Qəzza zolağında humanitar atəşkəs uzadılmasını məqsədəuyğun hesab edəcək".
Qarabaqinfo.az-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Rusiya Federasiyası Qəzza zolağından Rusiya vətəndaşlarını təxliyə etməyə davam edəcək. Bilirik ki, ABŞ-ın bizə qarşı sanksiyaları uzun illər qüvvədə qalacaq və siyasətimizi qurarkən bundan çıxış edirik. ABŞ mövcud formatı məhv edərək, bütün beynəlxalq iqtisadi münasibətlər sisteminə təzyiq göstərməkdə davam edəcək. Müxtəliflik dövrü başlayır, o cümlədən bu, beynəlxalq iqtisadi münasibətlərdə baş verəcək", - o iddia edib.
"Rusiya Braziliyanın üzvlüyündən sonra da daxil olmaqla, OPEC+ formatında işi davam etdirməkdə maraqlıdır. Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək", - sözçü əlavə edib. Geri dön |