Ana Sayfa > Karusel / Sosial > Daha bir uşaq qızılcadan vəfat etdi

Daha bir uşaq qızılcadan vəfat etdi


1-12-2023, 10:23. Yazar: Admin

daha-bir-usaq-qizilcadan-vefat-etdi

Sabirabad rayonunda 1 yaşlı uşaq vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan 2022-ci il təvəllüdlü uşağın artıq vəfat etməsi məlum olub.

Körpə xəstəxanaya yüksək temperaturla çatdırılıb. Onun qızılcadan dünyasını dəyişdiyi bildirilir. 

Hadisə ilə bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq.

Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.

Dövlət qurumları qızılca peyvəndi olmayan şəxslərin bu xəstəliyi ağır keçirdiyini və peyvəndləmənin mütləq olduğunu bildirirlər.


Geri dön