Ana Sayfa > Karusel / Gündəm > Nazir: “Ermənistan rəhbərliyinin təhrikçi əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurur”
Nazir: “Ermənistan rəhbərliyinin təhrikçi əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurur”21-09-2020, 14:58. Yazar: Admin |
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olub, bu cinayətin bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov moldovalı həmkarı ilə telefon danışığı zamanı deyib. Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib.
Geri dön |