Ana Sayfa > Karusel / Region > Lavrov erməni həmkarına irad tutub
Lavrov erməni həmkarına irad tutub30-11-2023, 17:04. Yazar: Admin |
Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana irad tutub. Qarabaginfo.az xəbər verir ki, hadisə Lavrovla Mirzoyanın Şimali Makedoniya paytaxtı Skopyedə görüşü zamanı baş verib. Görüşdən yayılan qısa videoda Lavrovun Mirzoyana irad tutduğu müşahidə olunub. “Sizin səfiriniz sərbəstdir, göstərişsiz işləyir?” – deyə Lavrov Mirzoyanı Ermənistanın Vyanadakı və ATƏT-dəki səfirinin fəaliyyətinə görə qınayıb. Qeyd edək ki, KİV-lərdə Ermənistanın Avropadakı səfirlərinin anti-Rusiya fəaliyyətlərində fəal iştirak etdiklərinə dair məlumatlar yayılmaqdadır. Geri dön |