Ana Sayfa > Karusel / Region > Lavrov: “ATƏT uçurumun astanasındadır”

Lavrov: “ATƏT uçurumun astanasındadır”


30-11-2023, 16:43. Yazar: Admin

 

 

Лавров сравнил международную обстановку с периодом холодной войны

ATƏT uçurumun astanasındadır.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Makedoniya paytaxtı Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.

O, hazırda ATƏT-də nikbinlik üçün heç bir səbəb olmadığını söyləyib.

“ATƏT əslində NATO və Avropa İttifaqının əlavəsinə çevrilib. Təşkilat, gəlin etiraf edək ki, uçurumun astanasındadır. Sual yaranır, təşkilatın canlanmasına sərmayə qoymağın mənası varmı? Təşkilat dünya inkişafının obyektiv reallığına nə vaxtsa uyğunlaşa və yenidən Helsinki Yekun Aktının, ilk növbədə təşkilata üzv ölkələrin bərabər hüquqluluq prinsipi əsasında regional təhlükəsizlik problemlərinin baxılması üçün meydançaya çevrilə biləcəkmi? Hələlik suallar cavablardan daha çoxdur”, deyə Rusiya XİN başçısı qeyd edib.


Geri dön