Ana Sayfa > Karusel / İqtisadiyyat > Parlamentin komitə sədrlərinə yeni avtomobillər verilib - Foto

Parlamentin komitə sədrlərinə yeni avtomobillər verilib - Foto


30-11-2023, 15:46. Yazar: Admin

parlamentin-komite-sedrlerine-yeni-avtomobiller-verilib

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.

Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.

Hazırda parlamentin 15 komitəsi var.

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

 


Geri dön