Ana Sayfa > Karusel / İqtisadiyyat > BP: BTC Xəzər regionundan neft ehtiyatlarını ixrac edən əsas arteriyadır
BP: BTC Xəzər regionundan neft ehtiyatlarını ixrac edən əsas arteriyadır30-11-2023, 15:18. Yazar: Admin |
Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) dünya okeanına çıxışı olmayan Xəzər regionundan neft ehtiyatlarını ixrac edən əsas arteriyadır. Qarabaginfo.az xəbər verir ki, bu barədə BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edərək bildirib. Onun sözlərinə görə, BTC istər Azərbaycan, istər isə Qazaxıstan və Türkmənistan neftinin dünya bazarlarına çatdıran vacib və ciddi infrastruktur obyektidir. Tədbirdə çıxış edən "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı qeyd etdi ki, Xəzər regionu ölkələri arasında Azərbaycan neftinin tərkibində daha az kükürd var. Geri dön |