Ana Sayfa > Karusel / Gündəm > TƏBİB qızılcadan öldüyü deyilən şagirdlə bağlı məlumat YAYDI

TƏBİB qızılcadan öldüyü deyilən şagirdlə bağlı məlumat YAYDI


30-11-2023, 14:05. Yazar: Admin

TƏBİB qızılcadan öldüyü deyilən şagirdlə bağlı məlumat YAYDI

Bakı şəhəri, Qaradağ rayonunda 2014-cü il təvəllüdlü uşaq ölüb.

 

TƏBİB-dən Qarabaqinfo.az -a verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.

 

Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb:

 

"Şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür".

 

Xatırladaq ki, Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli təhsil müəssisəsinin 4-cü sinif şagirdi, 10 yaşlı Rinatın qızılca xəstəliyindən dünyasını dəyişdiyini deyib.


Geri dön