Qarabağdan qovulmuş separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayanın deyib ki, özünü buraxmış qondarma "Artsax"ın sonuncu başçısı Samvel Şahramanyan Azərbaycanla təmasdadır.
Qarabaginfo.az xəbər verir ki, Babayan bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Çox sevdiyiniz Samvel Şahramanyan danışıqlar aparır, hər gün Bakıya zəng edir, indi nə danışır, ondan soruşun”, - deyə o bildirib.