Ana Sayfa > Karusel / Gündəm > Koçaryan: “Ermənistan Azərbaycanla uzunmüddətli müharibəyə hazır deyil”
Koçaryan: “Ermənistan Azərbaycanla uzunmüddətli müharibəyə hazır deyil”21-09-2020, 12:24. Yazar: Admin |
Ermənistanın eks-prezidenti Robert Koçaryan bir neçə gün öncə ölkəsinin aparıcı jurnalistlərinin suallarını cavablandırıb.
“Əgər sənin ölkəndə mühacirət davam edirsə, sən əhalisi tam başqa olan Azərbaycanla münaqişəyə girə biləcək faktor olmursan. Çünki uzumüddətli müharibə sonda resurs müharibəsi olur, bunu anlamalısan. Qısamüddətli müharibə döyüş qabiliyyəti, mobil idarəetmədən asılı olur, amma uzumüddətli müharibə resurs müharibəsidir. Sənin resursların tükənirsə, bundan istifadə edə bilməzsən”.
Robert Koçaryan başda Paşinyan olmaqla Ermənistan hakimiyyətini Qarabağ barədə verdiyi bəyanatları təhlükəli və zərərli hesab edir.
Onun fikrincə, danışıqların formatını dəyişdirməklə bağlı Paşinyanın təkidi ciddi diplomatik uğursuzluqdur. Digər tərəfdən, Türkiyənin regionda aktivləşməsi Yerevan üçün əlavə təhlükə mənbəyidir. “Türkiyə həmişə Azərbaycanı dəstəkləyib, amma heç vaxt belə hazırlıq, güc nümayişi olmamışdı. Müəyyən mənada Türkiyə Rusiyanın təsirini azaltmaq istəyir. İndi Türkiyə regionda önəmli faktora çevrilib. Çox praktik və cəsarətli addımlarla öz mövcudluqlarını möhkəmləndirməyə və Ankaranın iştirakı olmadan heç bir tərəfin ciddi addım atmamağına çalışırlar”. /Modern.az
Geri dön |