Ana Sayfa > Karusel / Qarabağ > Suqovuşan‒Kəlbəcər‒Ağdərə‒Ağdam yolunun yenidən qurulmasına 4,5 mln. manat ayrılıb

Suqovuşan‒Kəlbəcər‒Ağdərə‒Ağdam yolunun yenidən qurulmasına 4,5 mln. manat ayrılıb


29-11-2023, 14:25. Yazar: Admin

Suqovuşan‒Kəlbəcər‒Ağdərə‒Ağdam yolunun yenidən qurulmasına 4,5 mln. manat ayrılıb

Prezident İlham Əliyev Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə 4,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Geri dön