Ana Sayfa > Karusel / Təhsil > AMEA-ya seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə təsdiq edilib

AMEA-ya seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə təsdiq edilib


29-11-2023, 11:33. Yazar: Admin

 

AMEA-nın magistrantları xarici dildən imtahan veriblər

AMEA-nın Ümumi yığıncağı “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”ni təsdiq edib.

Qarabaginfo.az xəbər verir ki, AMEA-nın ümumi yığıncağında AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov bildirib ki, ölkə başçısının 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiqlənmiş AMEA-nın yeni Nizamnamənin 7.2.5. bəndində “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”nin hazırlanması və Ümumi yığıncaqda təsdiqi nəzərdə tutulub.

Onun sözlərinə görə, sözügedən Əsasnamə hazırlanaraq müzakirə üçün AMEA-nın Rəyasət Heyətinə təqdim edilib və geniş müzakirələrdən sonra bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

Akademik Arif Həşimov daha sonra “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”nin Ümumi müddəaları, Akademiya üzvlərinin seçkilərinin təşkili və keçirilməsi qaydaları və Akademiya üzvlərinin vəzifə və funksiyaları haqqında məlumatı diqqətə çatdırıb.

Müzakirələrdən sonra AMEA-nın Ümumi yığıncağı “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”ni təsdiq edib.


Geri dön