Ermənistanın Vanadzor şəhərində kriminal insident qeydə alınıb.
Qarabaginfo.az Shamshyan.com-a istinadən xəbər verir ki, kriminal avtoritet olan 39 yaşlı Arman Perixanyan avtomobilində güllələnərək öldürülüb.
Avtomobilə ən azı 15 dəfə atəş açılıb.
Təxminən 3 ay əvvəl Perixanyanın həyat yoldaşı silahlı hücuma məruz qalıb və o, güllə yarası alıb. Perixanyanın özü bundan əvvəl adamın oğurluğunda ittiham edilib.
Polis qətli törədən 28 yaşlı Karen Piloyanı yaxalayıb.(Apa)