Ana Sayfa > Karusel / Dünya > Blinken Bakıya niyə zəng etmişdi? - ABŞ Azərbaycanı itirmək istəmir

Blinken Bakıya niyə zəng etmişdi? - ABŞ Azərbaycanı itirmək istəmir


28-11-2023, 17:14. Yazar: Admin

 

Blinken Bakıya niyə zəng etmişdi? - ABŞ Azərbaycanı itirmək istəmir

Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət başçısı ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımların Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurduğunu bildirib.

 

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini diqqətə çatdırıb.

 

Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

 

Şübhəsiz ki, Blinkenin telefon zəngi Azərbaycanın diplomatik qələbəsinin nəticəsidir. 

 

ABŞ Dövlət katibi Antoni Blinkenin yenidən Azərbaycanla əlaqələri bərpa etmək üçün atdığı addımları Qarabaqinfo.az-a şərh edən məşhur britaniyalı politoloq Neil Uatson deyib ki,  Amerika Cənubi Qafqazda tərəfdaş ölkə olan Azərbaycanı itirmək istəmir:

 

“ABŞ daim göstərməyə çalışır ki, Ermənistana dəstək verir və gücləndirir. Əgər keçmişə nəzər salsaq, ABŞ ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olub. Amma həmsədr olduğu vaxtda 30 ilə yaxın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının saxlanmasında ayrılmaz rol oynayıb. Amerika həmişə ermənipərəst ölkə olub. İndi seçki perspektivi və digərləri ilə yanaşı, erməni rəvayətini dəstəkləyən erməni-amerikan diasporunu da nəzərə almaq lazımdır", - o qeyd edib.

 

Politoloqun sözlərinə görə, Ermənistanı dini səbəblərə görə dəstəkləyən ABŞ indi İrəvanla hərbi manevrlər həyata keçirir.

 

"Bununla bərabər Ermənistanı Cənubi Qafqazda özünün forpostu hesab edir. Hazırda Rusiyanın Azərbaycanı dəstəklədiyi görünür və bu, yeni başlayan “Soyuq Müharibə”nin növbəti cəbhəsi kimi qəbul edilir. Rəsmi xəbərləri oxuyanda aydın olur ki, Prezident Əliyevin Blinkenlə danışığı onun səliqəli yanaşmasını nümayiş etdirir. Azərbaycan sülh danışıqları üçün Vaşinqton formatından tamamilə düzgün şəkildə uzaqlaşıb, çünki onlarda istər-istəməz qərəzli yanaşmalar var. Blinkenin geri dönüşü isə göstərir ki, Amerika Azərbaycanla əlaqələrə zərər yetirmək istəmir. Bununla bərabər Azərbaycanın diplomatik qələbəsini də nəzərə almaq lazımdır”.


Geri dön