Ana Sayfa > Karusel / Gündəm > Ziya Məmmədovun eks-deputat qardaşına yeni vəzifə verildi
Ziya Məmmədovun eks-deputat qardaşına yeni vəzifə verildi28-11-2023, 13:41. Yazar: Admin |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinin müdiri Elton Məmmədov vəzifəsindən azad edilib. Qarabaqinfo.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub. Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb. Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Geri dön |