Ana Sayfa > Karusel / Siyasət / Dünya > NATO Baş katibi: Rusiya hərbi cəhətdən zəifləyib
NATO Baş katibi: Rusiya hərbi cəhətdən zəifləyib27-11-2023, 15:55. Yazar: Admin |
Ukrayna xarici işlər naziri Dmitri Kuleba noyabrın 29-da keçiriləcək NATO-Ukrayna Şurasının XİN səviyyəsindəki ilk iclasında iştirak edəcək. Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat brifinqində deyib. O bildirib ki, bu görüşdə NATO Ukraynaya uzunmüddətli dəstəyini bir daha təsdiqləyəcək. NATO Baş katibi qeyd edib ki, bu il Ukrayna Rusiyanı ağır itkilər verməyə məcbur edib: "Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin 50 faizini azad etməyə nail olub. O, müstəqil və suveren ölkə kimi qalib çıxıb. Bu, Ukrayna üçün böyük qələbədir. Eyni zamanda, Rusiya siyasi, hərbi və iqtisadi cəhətdən zəifləyib. Ukrayna cəsarətlə döyüşməyə davam edir, biz də onu dəstəkləməyə davam edirik". NATO Baş katibi xatırladıb ki, Niderland və Almaniya Ukraynaya 10 milyard avro yardıma söz verib, Rumıniya F-16 təlim mərkəzini ukraynalı pilotlar üçün açıb, Finlandiya və ABŞ Ukraynaya havadan müdafiə sistemləri göndərir: "Müttəfiqlər Ukraynanın üzv olacağına razılaşırlar. Biz iclasımızda Ukraynanın prioritet islahatları ilə bağlı tövsiyələr barədə razılığa gələcəyik. Biz Ukraynaya NATO-ya üzvlük yolunda dəstək verməyə davam edirik". Geri dön |