Ana Sayfa > Karusel / Siyasət > “SPECA-nın 25 illiyi və Azərbaycanın uğurları”
“SPECA-nın 25 illiyi və Azərbaycanın uğurları”27-11-2023, 10:23. Yazar: Admin |
Ölkəmiz növbəti dəfə mötəbər bir tədbirə ev sahibliyi etdi. Beynəlxalq tədbirlərin təşkilatçısı və humanitar təşəbbüslərlə dünyada tanınan Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) sədri olaraq proqrama üzv dövlətlərin prezidentləri ilə növbəti dəfə görüş təşkil olundu. Budəfəki tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla yanaşı Prezident İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi qonaq qismində dəvət olundular. Ölkəmizin yuxarıda qeyd olunan ölkələrlə həm ikitərəfli həm də beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı Azərbaycanın Cənubi Qafqazın lideri olaraq qüdrətini bir daha dünyada təqdim etdi. Məhz SPECA-nın sədri olaraq bu təşkilatın yaranmasının 25-ci il dönümü münasibətilə Bakı şəhərində təşkil olunan tədbirdə gündəliyə uyğun olaraq vacib məsələlərin müzakirəsi ilə yadda qaldı. Məhz Azərbaycanın sədr olaraq uğurlu idarəetməyə verdiyi töhfə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yüksək qiymətləndirilərək, Təşkilatın Baş Assambleyası tərəfindən qətnamə qəbul edildi. Habelə, bu qətnamə ilə bərabər SPECA-nın da BMT-nin himayəsi altında Etimad Fondu təsis olundu və humanitar təşəbbüslərin məkanı olan rəsmi Bakı Fonda pul köçürülməsini təmin edərək, növbəti dəfə əməkdaşlıq münasibətlərinə verdiyi dəyəri nümayiş etdirdi. SPECA-nın yaranmasından 25 il kimi keçən müddət ərzində həm regionda həm də dünyada müxtəlif hadisələrin yaşanması ilə şərtləndi. Məhz Heydər Əliyev Mərkəzində keçirilən Zirvə toplantısında dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadiyyatında baş verən inkişafın və gələcəkdəki potensialların qiymətləndirilməsi ilə bağlı çıxışında Azərbaycan iqtisadiyyatının dünəni bu gününü şərh edərəcək, gələcəkdəki hədəflərin anonsunu verdi. Nəticə etibarı ilə son 20 ildə Azərbaycan iqtisadiyyatına qoyul 310 milyard dollar kimi iri investisiyadan bəhs edilərək, bu prosesin sürətlə davam etməsini və həyata keçirilən meqa layihələrin əsas istiqamətinin də məhz qeyri-neft sektorunun inkişafı qeyd olundu. Bu illər ölkəmiz üçün yalnız iqtisadiyyatın böyüməsi, yoxsulluğun azaldılması ilə bərabər xüsusilə də ölkəmizin suverenliyinin bərqərar olunması qeyd olundu. Azərbaycan torpaqlarını 30 ilə yaxın müddət ərzində öz işğalında saxlamış Ermənistan dəfələrlə sülh danışıqlarından imtina etdi və düşmən ölkənin rəhbərliyinin qərəzli bəyanatları münaqişənin sülh yolu ilə həllinin qeyri-mümkünlüyünü dünyaya nümayiş etdirdi. Bu ölkənin rəhbərliyinin verdiyi absurd bəyanatlar, atdıqları qıcıqlandırıcı addımlar və davam edən təxribatları münaqişənin sülh yolu ilə həllini qeyri mümkün etdi. Nəticə etibarı ilə 2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən Zəfər yürüşümüz ölkəmizi tarixi Qələbəsi ilə yekunlaşdı. Qazanılmış Qələbənin davamı olaraq diplomatik müstəvidə aparılan uğurlu siyasət və atılan addımlar nəticəsində Ermənistan Ağdam, Kəlbəcər, Laçın rayonlarımızı təhvil vermək öhdəliyini üzərinə götürərək, icra etdi. Təəssüf ki, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın bütün şərtlərinə əməl etməyən Ermənistan Azərbaycan torpaqlarında yaratmış olduğu qondarma rejimi ləğv etməyərək, “boz zona”nın qalması üçün imkanlarını səfərbər etdi. Nəticə də, bu ilin sentyabrın 19-da başlanan və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə “boz zona” bir dəfəlik ləğv olundu, ölkəmizin ərazi bütövlüyü tam bərpa suverenliyi bərqərar edildi. Azərbaycanın artan qüdrəti, atılan uğurlu addımlar ermənipərəst dövlətləri narahat etdi. Məhz bu gün bəzi dairələrin Ermənistana etdiyi təsir nəticəsində sülh müqaviləsinin imzalanmaması da tədbirdə iştirak edən dövlətlərin diqqətinə çatdırıldı. Hansısa xarici dövlətdən dəstəyə ümid edən Ermənistanın revanşist hislərindən əl çəkməsi və sülhün qarşısında maneə olmaması məqsədilə rəsmi Bakının verdiyi mesajlar aydındır və dəqiqdir. Birincisi, Ermənistanın öz məsələsini həll edə bilməyib, xarici dövlətlərdən kömək istəməsi bu dövlətin müstəqil dövlət kimi fəaliyyətini sual altına alır. Bu cür addımlar onu göstərir ki, Ermənistan hakimiyyəti dövlətlərini idarə edə bilməkdə, müstəqil qərarlar qəbul etməkdə acizdir. İkincisi, Aprel döyüşlərində, Günnüt əməliyyatlarında, şanlı tariximizin ən böyük hadisələrindən biri olan İkinci Qarabağ müharibəsində, “Qisas” və Antiterror əməliyyatlarında peşəkar ordumuz Ermənistana sarsıdıcı zərbə vurub. Məhz bu əməliyyatların sonunda aman diləyən və kapitulyasiya sənədinə imza atanda Ermənistan olub. Üçüncüsü, Ermənistanın bu gün sərgilədiyi qətiyyətsiz mövqe, ayrı-ayrı ölkələrin tapşırıqlarını yerinə yetirməsi ilk növbədə özlərinə ziyan verir. Regionda sülhün və kommunikasiyaların qurulmasının, eləcə də regionun inkişafına təminat verən Azərbaycanla razılaşmaq əvəzinə atdıqları qeyri-adekvat addımlar özlərini daha çətin vəziyyətə salmağa xidmət edir. Regionda həyata keçirilən layihələrdən məhz təcavüzkar siyasətinə görə daim kənarda qalmış Ermənistanın bu hərəkətlərinə davam etməsi onu deməyə əsas verir ki, bu ölkə regionda reallaşan layihələrdən hər zaman kənarda qalacaqdır. Məhz ölkəmiz Avropada enerji təhlükəsizliyinin qarantına çevrilməklə bərabər, Şərqlə Qərb arasında əsas nəqliyyat və logistika mərkəzinə çevrilmişdir. İstər Şərqdən-Qərbə, istərsə də Şimaldan-Cənuba həyata keçirilən daşımaların mərkəzi Azərbaycandır. Bu sahəyə uzun illər qoyulmuş investisiyalar həm iqtisadi, həm də siyasi baxımdan ölkəmizin əhəmiyyətini ön plana çıxardır. Ölkəmiz üçün bu gün əsas prioritet məsələlərdən biri də, Ermənistanın uzun illər işğalda saxladığı, viran qoyduğu tarixi torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzurun abadlaşdırılmasıdır. Qəbul olunmuş “Böyük Qayıdış” konsepsiyasına əsasən işğaldan azad olunmuş ərazilərdə şəhərlər, kəndlər yenidən qurulur. Uzun illər məcburi köçkün həyatı yaşamış həmvətənlilərimiz öz evlərinə geri dönürlər. Milli Məclisin vitse-spikeri Adil Əliyev Geri dön |