Ana Sayfa > Karusel / Cəmiyyət > Kimsə sizə “bank kartınızı göndərin” desə, göndərməyin!

Kimsə sizə “bank kartınızı göndərin” desə, göndərməyin!


25-11-2023, 13:31. Yazar: Admin

 

Kimsə sizə “bank kartınızı göndərin” desə, göndərməyin!

Daxili İşlər Nazirliyi son vaxtlar daha da yayılan kiberdələduzluq faktları ilə bağlı əhaliyə müraciət edib.

 

Qarabaqinfo.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, bank kartları istifadəçilərinin kartlarını tanımadıqları şəxslərə göndərməsi təhlükəlidir:

 

“Kimsə sizə “bank kartınızı göndərin, yardım edəcəm” desə, göndərməyin. Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin, beh verim” desə, göndərməyin. Kimsə sizə “kampaniya var, ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” desə, etməyin. Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” desə, qoşulmayın. Hamısı yalandır.

 

Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatlandırmalıyıq”.


Geri dön