Ana Sayfa > Karusel / Qarabağ > Zəngilanda 18 piyada əleyhinə mina aşkarlandı

Zəngilanda 18 piyada əleyhinə mina aşkarlandı


24-11-2023, 10:33. Yazar: Admin

Zəngilanda 18 piyada əleyhinə mina aşkarlandı

Zəngilan rayonunda 18 mina, 8 silah aşkarlanıb.

 

Bu barədə Qarabaqinfo.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumbaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edib və müvafiq qaydada götürüb.

 

Faktla bağlı araşdırma aparılır

 


Geri dön