Ana Sayfa > Karusel / İdman > "Qarabağ" "Sabah"ın qonağı olacaq

"Qarabağ" "Sabah"ın qonağı olacaq


24-11-2023, 09:55. Yazar: Admin

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

 

Qarabaqinfo.az-ın məlumatına görə, günün yeganə matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq.

 

“Bank Respublika Arena”da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq.

 

Meydan sahibləri 16 xalla 7-ci pillədə qərarlaşıblar. Ağdam təmsilçisi isə 26 xalla ikincidir.

 

Azərbaycan Premyer Liqası

XIV tur

20:00. “Sabah” – “Qarabağ”


Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bank Respublika Arena”

 

Qeyd edək ki, turun digər oyunları noyabrın 25-26-da baş tutacaq.


Geri dön