Ana Sayfa > Karusel / Cəmiyyət > AZAL biletlərin qiymətini UCUZLAŞDIRDI

AZAL biletlərin qiymətini UCUZLAŞDIRDI


24-11-2023, 09:26. Yazar: Admin

 

AZAL biletlərin qiymətini UCUZLAŞDIRDI

24 noyabr 2023-cü il, Bakı – Səyahətləri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb.

 

Bu barədə Qarabsaqinfo.az-a AZAL-dan bildirilib.

 

Biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.

 

"AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Tətbiqi yükləmək üçün //bit.ly/azal-app linkinə keçid etmək kifayətdir.

 

Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir. Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.

 

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!".


Geri dön