Ana Sayfa > Karusel / İnfrastruktur > Azərbaycanda dəmir yolu ilə daşınan tranzit yüklərin həcmi artırılacaq

Azərbaycanda dəmir yolu ilə daşınan tranzit yüklərin həcmi artırılacaq


23-11-2023, 17:00. Yazar: Admin

 

Azərbaycanda dəmir yolu ilə daşınan tranzit yüklərin həcmi artırılacaq

Azərbaycanda magistral lokomotivlərin əsaslı təmiri və bərpası, yenilərinin alınması, habelə manevr lokomotivlərinin əsaslı təmiri sahəsində bir sıra işlər həyata keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib.

Fəaliyyət Planına əsasən, nəzərdə tutulan işlər 2024-2026-cı illəri əhatə edəcək.

Qeyd olunur ki, nəticədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) lokomotiv parkının yenilənməsi (7 ədəd magistral lokomotivin alınması, 10 ədəd magistral elektrovozun, 11 ədəd magistral və 32 ədəd manevr teplovozunun əsaslı təmirinin başa çatdırılması) və nəticədə daşınan tranzit yüklərin həcminin artırılmasının təmin olunması nəzərdə tutulub.

Qeyd olunan işlərin əsas icraçısı qismində ADY çıxış edəcək. Bununla yanaşı işlərin icrasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi iştirak edəcək.


Geri dön