Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan və Özbəkistan vətəndaşları ilə bağlı bu öhdəlik qaldırılır
Azərbaycan və Özbəkistan vətəndaşları ilə bağlı bu öhdəlik qaldırılır23-11-2023, 11:22. Yazar: Admin |
Azərbaycan və Özbəkistan vətəndaşlarının səyahət zamanı müvafiq qurumda uçota durmaq öhdəliyi götürülür.
Qarabaqinfo.,az xəbər verir ki, bu barədə “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə görə, hər iki ölkə vətəndaşlarından ölkəyə gəldikdən sonra müvafiq qurumda uçota durmaq öhdəliyi götürülür. O şərtlə ki, qalma müddəti 15 gündən artıq olmasın.
Qeyd edək ki, Azərbaycanla Özbəkistan arasında gediş-gəliş vizasızdır. Geri dön |